Məhsullarımızın baş tacı olan Doyumluq Servelatları ilk gündən müştərilərin zövqünü oxşayıb.
Gözəl ətri və dadı ilə bilinən bu kolbasa çeşidimizin əsas hissəsini halal kəsilmiş, sinirlərdən təmizlənmiş və fıstıq ağacının tüstüsü ilə təbii hisə verilmiş mal əti təşkil etsə də, digər bütün çeşidlərimizdə olduğu kimi tərkibindəki təbii yumurta, kərə yağı və Naxçıvan duzu kimi qarışımların da əvəzedilməz dadda böyük rolu var. Elə bu səbəbdən Doyumluğun dadından doymaq olmur. Bəs siz necə, doya bildinizmi?
Məhsulun qiyməti - 17.9 ₼ / kq
Servelat Doyumluqdan sadəcə qoyun ətinə görə fərqlənən bu çeşidimizin də özünəməxsus gözəl dadı var.
Xüsusilə ağızda dağılan, yumşaq, xəfif və xoş-acı dadı ilə müştərilərin rəğbətini qazanıb və bu məhsulumuzun xüsusi müştəri "fan club"u belə var. Sizi də bu "fan club"a üzv olmağa dəvət edirik :)
Məhsulun qiyməti - 19.9 ₼ / kq
Şirkətimizin zərif və incə məhsulu olan Doktorskaya Dadımlıq kolbasaları elə zərif xanımlarımızın əvəzedilməz qidası olub desək yəqin ki, yanılmarıq.
Bu səbəbdən, xanımlar, diqqətli olun. Daddıqca dadmaq istənilən bu məhsulun adına aldanmayın. Yoxsa, sonra zərifliyinizi itirərsiniz :)
Məhsulun qiyməti - 14.9 ₼ / kq
Məhsullarımızın vunderkindi. Digər məhsulların getdiyi yolla getməyən bu məhsulumuz da seçdiyi öz yoluyla müştərilərimizin qəlbinə xüsusi yol tapıb.
Bu məhsulumuzu yedikdə ağızda xırçıldayan təbii bağırsağın səsi və eyni zamanda hiss edilən təbii hisin qoxusu ilə birgə harmoniya yaradan özünəməxsus ləzzəti müştəriləmizə keçmiş dadları xatırladır. Siz də nostalji hissləri yaşamaq istəyirsinizsə, Krakovskaya Basdırma dadın, sizi keçmişə aparsın. Amma çalışın ki, keçmişdə qalmayasınız :)
Məhsulun qiyməti - 19.9 ₼ / kq
Böyüklərin də zövqlə yediyi bu məhsulumuzu anbarlarımızdan sürətlə əridən (ya da valideynlərinə əritdirən :p) balacalarımızın ideal seçimi məhz Fəcr sosiskalarıdır.
Fəcr vaxtından sonra tez oyanan balacalarımızın hər sübh "Ana mənə Fəcy vey" səsinin gələcəkdə daha ucalardan gəlməsi üçün məhsulumuzu südlü istehsal etdik. Etdik ki, daha sağlam və daha güclü böyüsünlər. Analar, artıq övladlarınıza süd içirtmək məcburiyyətiniz yoxdu. Nəysə ki, biz varıq :)
Məhsulun qiyməti - 14.9 ₼ / kq
Bu məhsulumuz isə bizi uşaqlığımıza götürən xüsusi bir çeşidimizdir.
İncə və uzun olan bu kolbasalar da Krakovskaya Basdırma kimi təbii bağırsaqdan olduğu üçün yediyin zaman zövq oxşayan xüsusi xırçıltı səsləri eşidilir. Kiçik yaşlarınızda incə yerkökünü sürətli formada dovşan kimi necə yeyirdinizsə, bu məhsulu da elə yeyəcəksiniz və xatırlayacağınız uşaqlıq dövrünüzdəki xoş xatirlər üzünüzdə xüsusi təbəssüm yaradacaq. Elə məqsədimiz də bir anlıq belə olsa, xoşbəxtliyinizə səbəb olmaqdı :)
Məhsulun qiyməti - 21.9 ₼ / kq